суббота, 5 ноября 2011 г.

МЕДИАНА


Qohum funksiyalar:
Sintaksis:
    МЕДИАНА (число1; число2;...)
Nəticə:
    Verilmiş arqumentlərin median qiymətlərini hesablayır.
Arqumentlər:
    число1, число2,... medianı hesablanacaq 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  •      arqumentlər ədədlər və ya adlar, ədədlrdən ibarət massivlər və ya istinadlar ola bilər;
  •      əgər massiv və ya istinad olan arqument özündə mətn, məntiqi qiymət və ya boş xanaları ehtiva edirsə, belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətin ehtiva edən xanalar nəzərə alınır.
Riyazi-statistik interpretasiya:
  •     Statistikada median  əlamətin elə bir qiymətinə deyilir ki, statistik külliyyat nizamlandıqdan sonra o, sıranın ortasında yerləşsin.
  •     Tək sayda elenenti olan nizamlanmış sıranın medianı sıranın ortasında yerləşən variantdır. Məsələn, cədvəl 4.5-də verilənlər artma istiqamətində nizamlandıqdan sonra (200, 236, 250, 305, 337) ardıcıllığını əmələ gətirirlər. Bu sıranın medianı 250 kostyumdan ibarət olan üçüncü variantdır.
  •      МЕДИАНА funksiyası verilənlərin qabaqcadan nizamlanmasını tələb etmir.Bu iş avtomatik olaraq yerinə yetirilir. Əgər С9 oyuğunda  =МЕДИАНА(С4:С8) düsturunu yazsaq, həmin düstur 250 qiymətini hesablayacaq.
  •      Cüt sayda elementlərdən ibarət olan nizamlanmış sıranın medianı ortada yerləşən iki qonşu variantın hesabi orta qiymətiolur. Məsələn, =МЕДИАНА(200;236;250;305;337;220) düsturu median üçün  (236 + 250)/2=243 qiymətini hesablayır.  
     
Misal

8 adamdan ibarət briqadanın fəhlələrinin tarif dərəcələri aşağıdakı kimidir: 4; 3; 4; 3; 3; 6; 2; 6. Medianı təyin etməli.

 Həlli

Medianı təyin etmək üçün verilənləri artan sırada düzmək lazımdır: 2; 3; 3; 3; 4; 4; 6; 6. Bu massivdə ədədlərin sayı cüt olduğu üçün bu nizamlanmış massivin ortasında duran iki ədədin: 3 və 4 ədədlərinin orta qiymətini hesablamaq lazımdır, yəni Me =3,5.
İindi də bu məsələni МЕДИАНА funksiyasının köməyilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
1
4
3
4
3
3
6
2
6




2. Nəticənin yazılacağı oyuğu seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından МЕДИАНА funksiyasını seçək. Bu zaman МЕДИАНА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:H1) mausla seçək.
5. OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 3,5 qiyməti əmələ gələcəkdir.